"Bayern Münhen"in hücumçusu Qabriel Vidoviç Zaqreb "Dinamo"suna keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı Almaniya nəhənginin rəsmi saytı yayıb.
21 yaşlı forvard 2016-cı ildən "Bayern"in strukturunda idi. O, Münhen klubunun əsas komandasında 8 matça çıxıb. Vidoviç 2022-ci ilin aprelindən Xorvatiyanın U-21 millisinə çağırılır.
Xatırladaq ki, "Bayern" geridə qalan mövsümdə Vensan Kompaninin rəhbərliyi altında Bundesliqanın qalibi olub.
Nihat