Portuqaliya millisinin 40 yaşlı superulduzu Kriştianu Ronaldu ABŞ prezidenti Donald Trampa üzərində adı və imzası olan formasını hədiyyə edib.
Fanat.Az xəbər verir ki, məlumatı Portuqaliya millisinin mətbuat xidməti məlumat yayıb.
Milli formanın üzərində "Sülhün tərəfdarı olan prezident Donald Tramp" yazısı yer alıb. Hədiyyəni Trampa Avropa Şurasının rəhbəri Antonio Kosta çatdırıb.
Qeyd edək ki, Ronaldu hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusudur. Bir müddət öncə karyerasında ikinci dəfə Millətlər Liqasının qalibi adını qazanan təcrübəli forvard indiki klubunda qalmaq ehtimalının yüksək olduğunu açıqlayıb.
Nihat