"Latsio"nun baş məşqçisi Mauritsio Sarri Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi geri çevirməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Bəli, Səudiyyə Ərəbistanı klubu ilə danışığımız olub. Orada "Latsio"da bir ildə qazandığımı bir aya qazana bilərdim. Amma həmişə demişəm ki, pula yox, ürəyimin səsinə üstünlük verəcəm. Mənə onların nə qədər təklif etdikləri maraqlı deyil. Futbolda bu idman növünə olan sevgim, ehtirasım üçün işləyirəm. Pul xatirinə bu işi görmək fikrim yoxdur. Maddiyat mənə emosiya verə bilməz. Güclü oyunçular Səudiyyə Ərəbistanına yollansalar, burada daha zəifləri məşq etdirəcəm".
Nihat