"Mançester Yunayted"in geridə qalan mövsümü icarə əsasında "Çelsi"də keçirən vingeri Ceydon Sançonun yeni "futbol ili"nə harada başlayacağı hələ də dəqiqləşməyib.
Fanat.Az "Calcio Mercato"ya istinadən xəbər verir ki, İtaliya A Seriyasının son qalibi "Napoli"nin istədiyi oyunçu digər İtaliya klubunun - "Yuventus"un da transfer siyahısındadır.
Mənbə Turin təmsilçisinin artıq MY-yə rəsmi təklif göndərdiyini və tərəflərin danışıqlara başladığını vurğulayıb.
Qeyd edək ki, Ceydon "Çelsi" forması ilə bütün turnirlərdə 42 matça çıxaraq 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.
Nihat