İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” baş məşqçisi Nunu Eşpiritu Santu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Portuqaliyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
51 yaşlı çalışdırıcı 2023-cü ilin dekabrından "meşəbəyilər"in "sükanı arxası"ndadır. "Nottingem Forest" onun rəhbərliyi altında Premyer Liqadakı mübarizəni yeddinci yerdə başa vurub.