"Liverpul"un futbolçusu Nataniel Fillips karyerasını "Vest Bromviç"də davam etdirəcək.
Fanat.Az Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Karyerasının əsad bölümünü icarə əsasında müxtəlif klublarda keçirən 28 yaşlı oyunçu son olaraq Uels təmsilçisi "Kardiff"in uğurları üçün çalışıb.