Klublararası dünya çempionatının 1/8 final mərhələsində PSJ-yə qarşı keçirəcəkləri oyun "İnter Mayami"nin superulduzu Lionel Messi üçün ilk olacaq.
Fanat.Az xəbər verir ki, argentinalı hücumçu karyerası ərzində birinci dəfə sabiq komandası ilə üz-üzə gələcək.
"Barselona" akademiyasının yetirməsi olan 38 yaşlı Messi uzun müddət Kataloniya təmsilçisinin formasını geyinəndən sonra PSJ-yə keçib. O, 2021-2023-cü illər aralığında Paris təmsilçisinin uğurları üçün çalışıb. 2022-cü ildə dünya çempionatının qalibi adını qazanan Leo 2023-cü ildən "İnter Mayami"də çıxış edir.
Nihat