"Bayern Münhen"in yarımmüdafiəçisi Ariyon İbrahimoviç karyerasını digər Almaniya təmsilçisində davam etdirəcək.
Fanat.Az-ın məlumatına görə, informasiyanı Münhen klubunun rəsmi saytı yayıb.
19 yaşlı futbolçu "Haydenhaym"a icarəyə verilib. O, müddəti gələn ilin yayında başa çatacaq icarə müqaviləsinə qol çəkib.
Qeyd edək ki, İbrahimoviç ötən mövsümün ikinci yarısını icarə əsasında "Latsio"da keçirmişdi. Onun "Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat