Klublararası dünya çempionatının 1/8 finalında "Bayern Münhen"lə üz-üzə gələcək "Flamenqo"nun müdafiəçisi Aleks Sandro Almaniya nəhəngi ilə oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, daha öncə "Yuventus"un formasını geyinən braziliyalının sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Bayern"in nə drəcədə güclü olduğunu, heyətində hansı səviyyədə futbolçuların yer aldığını bilirik. Necə oynayacağımızı müəyyənləşdirmişik. Məlum məsələdir ki, hər oyunun öz tarixi var. Mənim üçün "Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki böyük komandalarla üz-üzə gəlməyi sevirəm. Bu, hazırda hansı səviyyədə olduğumuzu görmək üçün əla fürsətdir".
Qeyd edək ki, "Flamenqo" "Bayern" ilə iyunun 29-da Mayamidəki "Hard Rok" stadionunda qarşılaşacaq.
Nihat