"Olimpik Marsel"in müdafiəçisi Samuel Jiqo karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, "Latsio" icarə əsasında formasını geyinən futbolçunun transfer hüquqlarına sahib çıxıb.
Qeyd edək ki, 2018-2022-ci illər aralığında Moskva "Spartak"ında oynamış Jiqo geridə qalan mövsümdə Roma təmsilçisinin forması ilə 23 matçda iş başında olub. Bu qarşılaşmalarda 2 qol vuran 31 yaşlı fransalı 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat