İspaniya millisinin hücumçusu Alvaro Morata İtaliya A Seriyasından rəsmi təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, son mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirən 32 yaşlı forvardın xidmətində "Komo" maraqlıdır. Mənbə tərəflərin hazırda danışıqları davam etdirdiyini və onun Sesk Fabreqasın çalışdırdığı komandaya qoşulmağa yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, Morata Türkiyə Super Liqasında 12 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat