"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa klubunu dəyişmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 30 yaşlı qolkiper Londonun digər təmsilçisi "Arsenal"a keçəcək. "Topçular"ın bu transfer üçün qarşı tərəfə 5 milyon funt-sterlinq ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Arrisabalaqa 2024/2025 mövsümündə icarə əsasında "Bornmut"da çıxış edib. O, bütün turnirlərdə 35 matça çıxıb.