"Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Şota Arvelaadzeyə tapşırılıb.
Məlumatı İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Gürcü mütəxəssis 1 illik müqaviləyə imza atıb. O, bu postda Burak Yılmazı əvəzləyib.
Arveladzenin son iş yeri "Fatih Karagümrük" olub. Sözügedən çalışdırıcı 2012-2015-ci illər aralığında da "Kasımpaşa"nı çalışdırıb. Arveladze Türkiyədə "Kayserispor" və "Trabzonspor"un da baş məşqçisi olub.