ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün F qrupunda mübarizə başa çatıb.
"Mamelodi Sandauns” - "Fluminense" qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Ulsan HD" komandasını tək qolla yenib.
Bu nəticələrdən sonra “Borussiya” və “Fluminense” pley-offa yüksəliblər.
25 iyun
Mamelodi Sandauns (CAR) – Fluminense 0:0
Borussiya (Dortmund, Almaniya) – Ulsan HD (Cənubi Koreya) 1:0
Qol: Svensson, 36.
Xal durumu: Borussiya – 7. Fluminense – 5. Mamelodi Sandauns – 4. Ulsan HD – 0.