Qvardiola Eçeverrinin sıradan çıxdığını açıqladı

Qvardiola Eçeverrinin sıradan çıxdığını açıqladı

"Mançester Siti"nin argentinalı yarımmüdafiəçisi Klaudio Eçeverri 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Fanat.Az xəbər verir ki, bunu "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis 19 yaşlı futbolçunun topuğundan zədə aldığını bildirib.

 Eçeverri klublararası dünya çempionatında qrup mərhələsinin 2-ci turunda "Əl-Əyn"ı (BƏƏ) altı cavabsız qolla üstələdikləri matçın 27-ci dəqiqəsində fərqlənib və ilk hissənin sonunda Fil Fodenlə əvəzlənib. MS bu gün 3-cü tur çərçivəsində "Yuventus"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. Hər iki komanda 1/8 finala vəsiqəni təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər