İngiltərə klubu Rud van Nistelroyun postunu tərk etdiyini açıqladı

İngiltərə klubu Rud van Nistelroyun postunu tərk etdiyini açıqladı

"Lester"in baş məşqçisi Rud van Nistelroy postunu tərk edib.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə klubunun mətbuat xidməti yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Niderland millisinin sabiq hücumçusu "Lester"ə 2024-cü ilin dekabrında qoşulmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 dəfə məğlub olub.

"Lester" 2024/2025 mövsümündə Premyer Liqada 18-ci yeri tutaraq Çempionşipə düşüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər