"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro gələcəyi ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını "qırmızı şeytanlar"da davam etdirmək istəyir.
Onun qərarına ötən mövsümün sonunda Braziliya milisinə dəvət alması da təsir göstərib. Kazemiro MY-də oynadığı müddətdə yığmaya daha çox dəvət alacağını düşünür.
Qeyd edək ki, Kazemiro 2022-ci ildən "Mançester Yunayted"in formasını geyinir.