"Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.
Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın idman direktoru Andrea Bertanın hazırda bu transfer üzərində işlədiyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 48 matça çıxan Ekitike 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Nihat