ABŞ-də təşkil edilən klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə qarşılaşacaq "Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Onlar Çempionlar Liqasının son qalibləridir. Əminəm ki, çox amansız qarşılaşma olacaq. Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə, qarşıdakı matça da özünəinamla yanaşa bilərik. Amma rəqibin Çempionlar Liqasındakı qələbədən sonra müəyyən bir oyun ritmi də var. PSJ 1/8 finalda çox inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu, əla oyun olacaq".
Xatırladaq ki, 1/8 finalda "Bayern" "Flamenqo"nu (4:2), PSJ "İnter Mayami"ni (4:0) üstələyib.
Nihat