ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, iki Avropa nəhəngi üz-üzə gəlib.
Mayamidəki "Hard Rok" stadinunda "Real Madrid" "Yuventus"la qarşılaşıb. 23:00-da başlayan oyun "Kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın 54-cü dəqiqəsində "Real"ın hücumçusu Qonsalo Torres vurub. Torresə bu yay "Liverpul"u İspaniya nəhənginə dəyişən müdafiəçi Trent Aleksander-Arnold assistentlik edib.
"Real"ın 1/4 finaldakı rəqibi "Borussiya" (Dortmund) - "Monterrey" görüşündə müəyyənləşəcək. Almaniya və Meksika təmsilçilərinin dueli Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.
Klublarareası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-də yekunlaşacaq.