Klublararası dünya çempionatının 1/8 finalında Dortmund "Borussiya"sına 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Monterrey"in baş məşqçisi Domenek Torrent yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:
"Biz uduzmuşuq. Məğlub olmusansa, sevinmirsən, amma düşünürəm ki, uşaqlar çox yaxşı futbol sərgilədilər. Çox sayda qol fürsətlərimiz oldu və bu məqam xoşuma gəldi. Təəssüf ki, yaxaladığımız epizodları qola çevirə bilmədik. Onlar iki əks-hücum sayəsində 15 dəqiqəyə iki qol vurdular. Almaniya futbolu belədir... Hərçənd oyunumuzla fəxr edirəm. Yalnız qol epizodlarını reallaşdıra bilmədik".
Nihat