"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda cinah hücumçusu digər komanda yoldaşları ilə 5 il sonranı müzakirə edir.
Lamin həmin vaxt 22 yaşının olacağını bildirir və deyir: "Barselona" və bütün dünya hazırlaşsın, mən qarşısıalınmaz olacam".
Qeyd edək ki, geridə qalan mövsümdə "Barsa" forması ilə bütün turnirlərdə 55 matça çıxan Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat