"Portu"nun qapıçısı Dioqu Koşta karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Məlumata görə, 25 yaşlı qolkiper "Mançester Siti"yə keçmək üzrədir. Mənbə Koştanın özünün artıq "şəhərlilər"lə şəxsi müqavilənin detalları ilə bağlı razılığa gəldiyini vurğulayıb. Mançester təmsilçisinin "çərçivə" qoruyucusunun müqaviləsindəki sərbəstqalma məbləğini - 75 milyon avronu ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, ötən mövsüm 43 matça çıxan Koşta bu matçlardan 19-da qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat