"Liverpul" azarkeşləri komandanın bu gün avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə həyatını itirən vingeri Dioqu Jotanın xatirəsini yad ediblər.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, tərəfdarlar "qırmızılar"ın ev oyunlarını keçirdiyi "Enfild" stadionunun ətrafına müxtəlif gül dəstələri gətiriblər.
Xatırladaq ki, bədbəxt hadisə İspaniyanın qərbindəki Samora əyalətində qeydə alınıb. 10 gün öncə evlənən Dioqunun yüksək sürətlə idarə etdiyi "Lamborghini" yoldan çıxaraq yanıb.
Nihat