Rusiyalı müdafiəçi Georgi Cikiyanın agenti Vladimir Kuzmiçev müştərisinin müqavilə bağladığı "Antalyaspor"a keçidinin transfer qadağası səbəbindən alınmaya biləcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Çempionat" belə çatdırıb:
"Biz "Antalyaspor"a transfer qadağası qoyula biləcəyini öncədən başa düşürdük. Buna görə də müqavilə bağlayan zaman bu məqamı nəzərə almışdıq. Rəhbərlik maliyyə problemini yoluna qoyacağını deyib. Amma istənilən halda vəziyyəti sığortalamalıyıq".
Xatırladaq ki, 31 yaşlı Cikiyanın son klubu növbəti mövsüm Rusiya Premyer Liqasında (RPL) iştirak üçün lisenziya ala bilmədiyi üçün fəaliyyətini dayandıran "Ximki" olub. Ötən mövsüm RPL və Rusiya Kubokunda 17 matça çıxan təcrübəli arxa xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat