Almaniyanın Bundesliqa təmsilçilərindən olan "Leypsiq" yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən klub "Köln"ün sol cinah müdafiəçisi Maks Finkqrefeni sıralarına cəlb edib.
21 yaşlı futbolçu müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Mönhenqladbaxda doğulan Maks son iki mövsümü "Köln"də keçirib. O, "keçilər"in sıralarında keçirib. Bu müddət ərzində 24-ü Bundeliqada olmaqla 40 matça çıxan arxa xətt oyunçusu 1 qol vurub. Sözügedən futbolçu ötən ilin noyabrından Almaniyanın U-20 millisinə çağırılır.
Nihat