Klublararası dünya çempionatının qrup mərhələsində "Yuventus"un qapısına yol taparaq (5:2) 300-cü qolunu vuran Erlinq Holand bu sayda qol həddinə karyerasının 370-ci matçında çatıb.
Fanat.Az-ın hesablamalarına görə, "Mançester Siti"nin forvardı 300-cü qolunu Kriştianu Ronaldu (554-cü qarşılaşmada), Lionel Messi (418) və Kilian Mbappedən (409) daha tez vurub.
Holand artıq 371-ci oyununu keçirib və 301-ci dəfə rəqib qapılarına yol tapıb. O, 20 dəfə "Molde"nin, 29 dəfə "Zalsburq"un, 86 dəfə Dortmund "Borussiya"sının, 125 dəfə "Mançester Siti"nin, 42 dəfə millinin forması ilə fərqlənib.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 49 matça çıxan Erlinq 35 qolla yadda qalıb.
Nihat