"Roma"nın hücumçusu Eldor Şomurodov karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, özbəkistanlı forvard icarə əsasında "İstanbul Başakşehir"in formasını geyinəcək. Mənbə Super Liqa təmsilçisinin sonradan müəyyən məbləğ ödəyərək Eldorun transfer hüquqlarına yiyələnə biləcəyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında 27 matça çıxan 30 yaşlı Şomurodov 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Liqasında 8 qarşılaşmada iş başında olub. Bu görüşlərdə 2 dəfə rəqib qapılarına yol tapan təcrübəli ön xətt oyunçusu 1 assistlə də diqqət mərkəzinə düşüb.
Nihat