London "Arsenal"ı yapon futbolçusu Takehiro Tomiyasu ilə əməkdaçlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "topçular"ın mətbuat xidməti yayıb.
26 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında vaxtından əvvəl ləğv edilib.
Qeyd edək ki, Tomiyasu 2021-ci ildən "Arsenal"da çıxış edirdi. O, bu müddət ərzində 84 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən oyunçu zədə səbəbindən ötən mövsüm cəmi bir görüşdə meydana çıxıb.
Nihat