"Kardiff Siti"nin oynayan məşqçisi Aaaron Remsi karyerasını Meksikada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatan futbolçu "Pumas" ilə müqavilə bağlayıb.
Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, zədə səbəbindən geridə qalan mövsümün sonlarında "Kardiff"ə oyunçu qismində kömək edə bilməyən Remsi məşqçi kimi işini davam etdirib. Uels komandası Çempionşipdə sonuncu yeri tutaraq Birinci Liqaya (səviyyəsinə görə 3-cü) yuvarlanıb.
Nihat