"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah komanda yoldaşı Dioqu Jotanın dünən qardaşı ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, misirli ulduz şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Deməyə söz tapmıram. Dünənə qədər nəyinsə məni "Liverpul"a qorxu içində qayıtmağa məcbur edəcəyini ağlımdan keçirmirdim. Belə şey olmamalı idi... Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq. Dioqunun və onun qardaşı Andrenin yaxınlarının hərtərəfli dəstəyə ehtiyacı var. Onların həyat yoldaşlarına, uşaqlarına, valideynlərinə səbr diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar".
Nihat