"Real Madrid"in hücumçusu Endrik karyerasını İtaliyada davam etdirə bilər
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Məlumata görə, "Kral klubu"nun yeni baş məşqçisi Xabi Alonsonun az şans verəcəyi gözlənilən 18 yaşlı braziliyalının xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin gənc ön xətt oyunçusunu icarəyə götürmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Endrik geridə qalan mövsümdə bütün turnirlədə 37 matça çıxaraq 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Nihat