Növbəti mövsümdə İngiltərə çempionu olmağı hədəfləyən "Arsenal" heyətini yeni liderlə gücləndirməkdə israrlıdır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "topçular" "Real Madrid"in cinah hücumçusu Rodriqo Qoesi sıralarına cəlb etməkdə qərarlıdırlar.
Mənbə London təmsilçisinin braziliyalı ulduzun transferi üçün qarşı tərəfə 90 milyon avrodan çox ödəməyə hazır olduğunu vurğulayıb. Rodriqonun gələcək karyerası ilə bağlı qərarını hazırda ABŞ-də keçirilən klublararası dünya çempionatı başa çatandan sonra verəcəyi bildirilib.
Qeyd edək ki, 24 yaşlı Rodriqo ötən mövsüm "Real" forması ilə bütün turnirlərdə 51 matça çıxaraq 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalı oyunçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat