Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Klublararası dünya çempionatında İngiltərənin "Çelsi" və Braziliyanın "Fluminense" arasında keçiriləcək yarımfinal oyunu üçün biletlərinin qiyməti təxminən 36 dəfə ucuzlaşıb.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, 72 saat əvvəl 473,9 dollar qiyməti olan standart biletlərin qiyməti 13,4 dollara düşüb.

Bunun stadionda satılan yeməklərin (15 dollar) və içkilərin (14 dollar) qiymətindən də aşağı olduğu bildirilib.

Qeyd edək ki, "Çelsi" "Fluminense" ilə iyulun 8-də üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər