"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində "Əl-Hilal" maraqlıdır. Mənbə tərəflərin artıq razılığa gəldiyini, ərəblərin bu keçid üçün İtaliya nəhənginə 25 milyon avro ödəyəcəklərini bildirib. Arxa xətt oyunçusunun yaxın günlərdə Ər-Riyad təmsilçisi ilə müqavilə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 49 matça çıxan Ernandes 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Fransa millisinin transfer qiymtini 40 milyon avro ilə dəyərləndirir.
Nihat