Klublararası dünya çempionatının yarımfinalında "Çelsi" il qarşılaşacaq "Fluminense"nin müdafiəçisi Tyaqo Silva daha öncə formasını geyindiyi "göylər"dən casusluq etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:
"Məşqçilər korpusuna öz aramızda qalacaq xırda detallarla kömək etməyə çalışıram. Bir müddət öncə Londona yollanmışdım. Uşaqlarıma baş çəkdim və "Çelsi"nin əsas komandasının bir neçə məşqini izlədim. Orada oynamışam və sabiq komanda yoldaşlarımla demək olar ki, hər həftə ünsiyyət qururam. Bəziləri ilə çox yaxınıq. Şadam ki, yarımfinalda qarşılaşacağıq. Bu mənim üçün xüsusi gün olacaq. Təbii ki, qalib gələrək yolumuza davam etsək, hər şey daha yaddaqalan alınacaq".
Xatırladaq ki, Silva "Çelsi"də 2020-2024-cü illər aralığında "Çelsi"də çıxış edib. O, London təmsilçisinin forması ilə 151 matça çıxıb. Braziliyalı futbolçu İngiltərə klubu ilə Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi adını qazanıb.
Nihat