UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına 4 matçla yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibləri də bu gün qarşılaşıblar. “Şelburn” İrlandiyada “Linfild” (Şimali İrlandiya) üzərində minimal hesablı qələbə qazanıb.
Bolqarıstan "Ludoqorets"i də öz meydanında "Dinamo"nu tək qolla yenib.
"Styaua" Rumıniyada Andorra "İnter"ini, "Jalgiris" isə Litvata Maltanın "Hamrun Spartans" komandasınını inamla üstələyib.
Bu mərhələnin cavab oyunları iyulun 15-16-da keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" mübarizəyə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
Jalgiris (Litva) – Hamrun Spartans (Malta) 2:0
Styaua (Rumıniya) – İnter (Andorra) 3:1
Ludoqorets(Bolqarıstan) – Dinamo (Minsk, Belarus) 1:0
Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya) 1:0