Fransanın "Havr" klubunun gənc hücumçusu Entso Kana-Biyik karyerasını İngiltərə nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olunub.
Məlumatı "qırmızı-şeytanlar"ın rəsmi saytı yayıb. Keçidin detaları açıqlanmayıb. Rəsmi anlaşma imzalanandan sonra Kana-Biyikin İsveçrənin elita təmsilçisi "Lozanna-Sport”a icarəyə verildiyi bildirilib.
Qeyd edək ki, Entso ötən mövsüm "Havr"ın gənclərdən ibarət komandasında 18 matça çıxaraq 9 qol vurub. O, iki matçda "Havr"ın əsas komandasında ehtiyatda olub.
Nihat