Messi sıraya döndü -AÇIQLAMA

Messi sıraya döndü -AÇIQLAMA

"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi zədəsini sağaldıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bunu MLS təmsilçisinin baş məşqçisi Xavyer Maskerano deyib:

"Messi artıq komanda ilə birlikdə məşq edir. Gözlənilməz nəsə baş verməsə, növbəti matçda heyətdə yer alacaq".

Qeyd edək ki, "İnter Mayami" MLS-nin növbəti turunda "Los-Anceles Qelaksi" ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər