
"Barselona"nın hücumçusu Robert Levandovski "Real Madrid"in Lamin Yamal səviyyədə futbolçu tapmaq istəməsinin mümkünsüz olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, polşalı forvardın sözlərini ESPN belə çatdırıb:
"Əlbəttə, "Real" təzyiq hiss edir və Yamal səviyyədə kimisə tapmağa çalışır, amma məncə, bu, mümkün deyil. Onlar öz yolları ilə getsələr, daha yaxşı olar. Bəlkə də fanatları basqı edir və deyirlər: "Siz bizim Lamin Yamalı tapmalısınız". Lakin bu, mümkünsüz işdir. Yamal kimiləri hər şəhərdə, hər il doğulmurlar. Messi və Ronaldu necə, o da elə".
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 55 matça çıxan 18 yaşlı Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat