"İnter" Manuel Akanjini birdəfəlik transfer edir

"İnter" Manuel Akanjini birdəfəlik transfer edir

"İnter" hazırda icarə əsasında heyətində çıxış edən 30 yaşlı isveçrəli müdafiəçi Manuel Akanjinin transfer hüquqlarını almaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, İtaliya klubu "Mançester Siti"yə məxsus futbolçunun daimi müqaviləsini bağlamaq üçün hərəkətə keçib.

"Gazzetta"nın yaydığı məlumata görə, müqavilədə nəzərdə tutulan satınalma opsiyonu 15 milyon avro təşkil edir. Milan təmsilçisi təcrübəli müdafiəçinin performansından olduqca razıdır.

Bu məbləğin ödənilməsi ilə Akanjinin "İnter"in tam hüquqlu üzvü olacağı gözlənilir. Transferin yaxın vaxtlarda rəsmiləşəcəyi bildirilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər