
Yarımmüdafiəçi Konor Qallaherin "Atletiko Madrid"i "Aston Villa"ya dəyişəcəyi gözlənilsə də, o, digər İngiltərə klubuna keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Konor artıq Madrid təmsilçisinin rəhbərliyinə qərarını qətiləşdirdiyini və "Tottenhem"ə qoşulmağı daha uyğun variant saydığını deyib. Mənbə London klubunun bu keçid üçün İspaniya nəhənginə 40 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Nihat