
Portuqaliyalı mütəxəssis Ruben Amorimi istefaya göndərən "Mançester Yunayted"in yeni baş məşqçisinin kim olacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən "The Athletic"in insayderi David Ornşteyn yayıb.
Məlumata görə, "qırmızı şeytanlar"a klubun sabiq yarımmüdafiəçisi Maykl Kerrik rəhbərlik edəcək. Mənbə Kerriklə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacağını bildirib.
Sözügedən məşqçi daha öncə Ule-Qunnar Sulşer dönəmində MY-də məşqçi qismində fəaliyyət göstərib. O Sulşerin qovulmasından sonra müvəqqəti baş məşqçi də olub.
Kerrik son olaraq ötən ilin yayında vidalaşdığı "Midlsbro"nu çalışdırıb.
Nihat