
"Mançester Yunayted"ə baş məşqçi təyin olunan Maykl Kerrikin heyətə cəlb etmək istədiyi futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Məlumata görə, bu, Portuqaliya millisinin və "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) yarımmüdafiəçisi Ruben Neveşdir. Mənbə Neveşin transferinin Mançester təmsilçisinə 23 milyon avroya başa gələcəyini vurğulayıb.
Xatırladaq ki, Kerrik portuqaliyalı mütəxəssis Ruben Amorimi əvəzləyib.
Nihat