
"Marsel"in hücumçusu Nil Mopey karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Sevilya" və "Xetafe" klubları fransalı forvardı 6 aylıq icarəyə götürmək üçün rəqabətə başlayıblar.
Fransa mətbuatı "Marsel" rəhbərliyinin bu təkliflərə müsbət yanaşdığı və danışıqlara açıq olduğunu qeyd edir.
Mopeyin qış transfer pəncərəsində İspaniyaya yollanacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı futbolçunun transfer dəyəri 4 milyon avrodur.