
Hücum xəttini gücləndirmək istəyən "Everton" Türkiyənin "Fənərbağça" klubuna rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi mərakeşli forvard Yusuf En-Nesirini heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, təklifin detallarına əsasən, futbolçunun əvvəlcə icarəyə götürülməsi, mövsüm sonunda isə 17 milyon funt-sterlinq qarşılığında birdəfəlik satın alınması nəzərdə tutulur.
Hazırda tərəflər arasında maliyyə şərtləri ilə bağlı aktiv müzakirələr davam edir. Bu mövsüm 25 matçda 8 qol və 1 asistlə fərqlənən En-Nesiri karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşır.
Kamil Xudiyev