İngiltərə nəhəngi "Real"ın müdafiəçisini istəyir

İngiltərə nəhəngi "Real"ın müdafiəçisini istəyir

"Real Madrid"in müdafiəçisi Eder Militao karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Məlumata görə, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın 28 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazır olduqlarını vurğulayıb.

Mançester təmsilçisi cari mövsümün yekunlarına əsasən UEFA Çempionlar Liqasına vəsiqə qazansa, heyəti gücləndirmək üçün 250 milyon avro xərcləməyi planlaşdırıb.

Militaonun "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər