
UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.
“Qalatasaray” İstanbulda “Yuventus”un darmadağın edib. “Real Madrid” səfərdə “Benfika”nı, PSJ isə “Monako”nu çətinliklə yenib. Dortmund “Borussiya”sı isə öz meydanında “Atalanta” üzərində inamlı qələbəyə sevinərək 1/8 finala yüksəlmək şansını artırıb.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar
17 fevral
Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya) 5:2
Qollar: Q.Sara, 15. Lanq, 49; 75. D.Sançes, 60. S.Boy, 86 – Kopmeyners, 16; 32.
Benfika (Portuqaliya) – Real Madrid (İspaniya) 0:1
Qol: Vinisius, 50.
Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya) 2:0
Qollar: Girassi, 3. Beyer, 42.
Monako (Fransa) – PSJ (Fransa) 2:3
Qollar: Baloqun, 1; 18 – Due, 29; 67. Hakimi, 41.