
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Norveçdə "Budyo-Qlimt"in qonağı olacaq "İnter"in baş məşqçisi Kristian Kivu oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Birbaşa 1/8 finala vəsiqə qazana bilməsək də, özümüzü yaxşı tərəfdən göstərə bilmişik. "Budyo-Qlimt" çətin rəqibdir. Bu komanda böyük inkişafa nail olub. Onlar "Mançester Siti" və "Real Madrid"ə problem yaratmağı bacarıblar. "Budyo-Qlimt"in güclü olduğunun fərqindəyik".
Qeyd edək ki, Budyodakı "Aspmüra" stadionunda baş tutacaq "Budyo-Qlimt" - "İnter" qarşılaşmasının start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.
Nihat