"Real" Premyer Liqada oynasaydı, ilk "4-lüy"ə düşərdi"

"Real" Premyer Liqada oynasaydı, ilk "4-lüy"ə düşərdi"

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "Real Madrid"in İngiltərə Premyer Liqasında hansı hədəf uğrunda mübarizə apara biləcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport UK" belə çatdırıb:

"Premyer Liqada oynasaydılar, onların həm çətin oyunlarının sayı çox olardı,  həm də daha sıx qrafiklə üz-üzə qalardılar. Məncə, "Real" ilk "4-lüy"ə düşərdi. Çünki müəyyən səfər matçlarında ciddi müqavimətlə qarşılaşardılar".

Hazırda 60 xalı olan "Real" La Liqanın turnir cədvəlində 1-ci pillədə mövqe tutub. İspaniya nəhəngi bu gün çempionatın 25-ci turu çərçivəsində "Osasuna" ilə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər